“Facebook”da canlı yayım qadağası

  16 May 2019    Oxunub : 604
“Facebook”da canlı yayım qadağası
“Facebook” sosial şəbəkəsi canlı yayımla bağlı yeni qadağa tətbiq edəcək.
Azvision.az xəbər verir ki, qərara əsasən qaydaları pozan istifadəçilərin canlı yayıma çıxmasına müvəqqəti qadağa qoyulacaq. Həmin istifadəçilərin platformada reklam yerləşdirməsinin də qarşısı alınacaq.

Qeyd edək ki, canlı yayım qadağası Yeni-Zelandiyanın Christchurch şəhərində baş vermiş terror akı ilə əlaqədardır. Belə ki, 28 yaşlı terrorçu iki məscidə daxil olaraq 50 nəfəri qətlə yetirib. O, hücum anını videoya çəkərək sosial şəbəkələrdə canlı yayımlayıb.

Azvision.az

Teqlər: Facebook