Nazir üç ölkənin səfirlərini qəbul edib

Nazir üç ölkənin səfirlərini qəbul edib
  16 May 2019    Oxunub:1793
Mədəniyyət naziri Əbülfəs Qarayev Əfqanıstan, Yunanıstan və Meksikanın Azərbaycandakı səfirlərini qəbul edib.
Azvision.az xəbər verir ki, Meksika Birləşmiş Ştatlarının səfiri Rodriqo Labardini, Yunanıstan Respublikasının səfiri Nikolaos Kanellos və Əfqanıstan İslam Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Xeyrullah Spelanayla görüşlərdə ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələr və əməkdaşlığın gələcək perspektivləri, həmçinin həyata keçirilə biləcək layihələr ətrafında müzakirələr aparılıb.

Nazir Əbülfəs Qarayev qonaqlara hər iki ildən bir ölkəmizdə təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və cari ilin 30 iyun – 10 iyul tarixlərində Bakı şəhərində keçiriləcək UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası barədə məlumat verərək, ölkəmizin qeyd edilən Komitəyə sədrliyinin əhəmiyyətini vurğulayıb.

Görüşlərin sonunda hər üç ölkə ilə mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə konkret fəaliyyət planının işlənib hazırlanması barədə razılığa gəlinib.

Azvision.az



Teqlər: Əbülfəs-Qarayev   Nazir  





Xəbər lenti