"Azərsu" ASC-dən
Azvision.az -a verilən məlumata görə, hadisə yerinə cəlb edilən qəza xidməti borunu təmir edib və ətraf ərazilərə suyun verilişi bərpa edilib: "Ötən gün baş vermiş qəza aradan qaldırılıb, artıq bu gün səhər saatlarından ətraf ərazilərə içməli suyun verilişi bərpa olunub".
Xatırladaq ki, mayın 14-də günorta saatlarında paytaxtın Rəşid Behbudov küçəsində 500 mm diametrli magistral polad boru kəmərində qəza baş vermişdi. Hadisə nəticəsində bir neçə küçəni su basmış, avtomobillərin hərəkətində problem yaranmışdı.
Azvision.az Teqlər: Azərsu