İyunda 4 gün iş olmayacaq

 İyunda 4 gün iş olmayacaq
  15 May 2019    Oxunub:2170
Azərbaycanda iyun ayında 4 gün qeyri-iş günü olacaq.

Azvision.az xəbər verir ki, ayın 5-6-da ölkədə Ramazan bayramı qeyd ediləcək. İyunun 15-i Milli Qurtuluş günü ilə əlaqədar qeyri-iş günüdür.
Əmək Məcəlləsinə əsasən, iyunun 15-i şənbə gününə təsadüf etdiyindən bazar ertəsi, yəni iyunun 17-si qeyri-iş günü hesab edilir.

Bundan başqa, iyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü olduğundan həmin gün qeyri-iş günüdür.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: İyun   Qeyri-işgünü  





Xəbər lenti