Son iki ildə 250 minə yaxın iş yeri leqallaşıb

   Son iki ildə 250 minə yaxın iş yeri leqallaşıb
  15 May 2019    Oxunub:1858
"Azərbaycanda həyata keçirilən tədbirlər nəticəsində son 2 ildə 250 minə yaxın iş yeri leqallaşıb. Bununla da Dövlət Sosial Müdafiə Fonduna ödənilən vəsait 200 milyon manata qədər artıb"
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Bakıda keçirilən "Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda dövlət-özəl sektor dialoqu"nda deyib.

Onun sözlərinə görə, bu, özəl sektorun inkişafına səbəb olacaq.

Baş nazirin müavini qeyd edib ki, Azərbaycan özəl sektorun inkişafı ilə bağlı bütün addımları atır.

Aytən Zəhra
Azvision.az


Teqlər: Əli-Əhmədov  





Xəbər lenti