Naxçıvana yeni iqtisadiyyat naziri təyin edilib

 Naxçıvana yeni iqtisadiyyat naziri təyin edilib
  14 May 2019    Oxunub:3961
Tapdıq Əliyev Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri təyin edilib.
Azvision.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı fərman imzalayıb.

Fərmanla Tapdıq Vaqif oğlu Əliyev Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri təyin edilib.

Qeyd edək ki, T.Əliyev bundan əvvəl Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi vəzifəsində çalışıb.

Azvision.az



Teqlər: Naxçıvan   Nazir  





Xəbər lenti