20-dən çox sahibkar yerlə təmin olunub - Yeni “Diqlas” açıqlaması

   20-dən çox sahibkar yerlə təmin olunub -    Yeni “Diqlas” açıqlaması
  14 May 2019    Oxunub:1671
Bakının Nizami rayonunda yerləşən "Diqlas" ticarət mərkəzində baş vermiş yanğından zərər çəkən sahibkarlardan 20-dən çoxu onlara təklif olunan ticarət obyektlərinə yerləşdirilib.
Bu barədə Azvision.az -a İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev məlumat verib.

“Sahibkarlara Bakı şəhərinin müxtəlif ərazilərində yerləşən 9 ticarət mərkəzində 5 ay icarə haqqı ödənilməmək şərtilə ümumi sahəsi 45 min kvadratmetrdən çox olan ticarət obyektləri təklif olunur. Seçim sahibkarındır. 20-dən artıq sahibkar artıq onlara təklif olunan ticarət obyektlərində fəaliyyətlərini davam etdirirlər”, - deyə nazirlik rəsmisi bildirib.

Aytən Zəhra
Azvision.az



Teqlər: Diqlas   Ticarət-Mərkəzi   Sahibkar  





Xəbər lenti