“Ərdoğan arvadını təhqir etdi”

“Ərdoğan arvadını təhqir etdi”
  11 Mart 2013    Oxunub:1894
“Mən ayrıseçkilik etsəydim, Siyirtdən olan ərəb qızı ilə evlənməzdim”
Baş nazir Ərdoğanın Siyirtdə verdiyi açıqlamalar müxalifətin etirazına səbəb olub. Cumhuriyyət Xalq Partiyasından verilən açıqlamada Əminə Ərdoğanın təhqir edildiyi və baş nazirin üzr istəməli olduğu qeyd edilib.

CHP sədr müavini Adnan Kəskin, baş nazirin “Mən əgər ayrıseçkilik etsəydim Siyirtdən olan bir ərəb qızıyla evlənməzdim” sözlərini sərt tənqid edib, Ərdoğanın evliliyə alış-veriş kimi yanaşdığını deyib. “Ərdoğan evlilik məsələsində öz seçimini, iradəsini qabardıb, həyat yoldaşının fikrini, iradəsini heçə sayaraq Əminə Ərdoğan xanımı təhqir edib”,- deyə Kəskin bildirib.



Teqlər:  





Xəbər lenti