Gəmidə yaralananlar xüsusi təyyarə ilə xaricə aparılır

   Gəmidə yaralananlar xüsusi təyyarə ilə xaricə aparılır
  11 May 2019    Oxunub:1511
İtaliyanın “Saipem” şirkəti “İsrafil Hüseynov” gəmisində baş verən partlayışla əlaqədar yeni məlumat yayıb.
Şirkətdən Azvision.az -a verilən məlumata görə, “İsrafil Hüseynov” gəmisində baş vermiş hadisədə yaralanmış “Saipem” şirkətinin 11 əməkdaşı ( o cümlədən Azərbaycan vətəndaşları) Türkiyə, İtaliya, Fransa və Böyük Britaniyadakı xəstəxanalara çatdırılması “Medevac” xüsusi avadanlıqla təchiz olunmuş təyyarə ilə “Saipem” tərəfindən təşkil olunacaq.

Digər, daha yüngül xəsarət almış 3 əməkdaşın müalicələrinin davam etdirilməsi üçün öz vətənlərinə göndərilməsi nəzərdə tutulub.

Azvision.az



Teqlər: Gəmi   Yaralı  





Xəbər lenti