“DOST Agentliyi ölkəmizin brendi olacaq” - Nazir

“DOST Agentliyi ölkəmizin brendi olacaq” -  Nazir
  10 May 2019    Oxunub:4093
"Necə ki, "ASAN xidmət" Azərbaycanın brendinə çevrildi, DOST Agentliyi də sosial sahədə ölkəmizin brendi olacaq".

Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, bu konsepsiyanın hazırlanması zamanı 40-a yaxın ölkənin təcrübəsi öyrənilib, müxtəlif ölkələrdə olan bir pəncərə sistemlərinə baxılıb.
"Onların içərisindən ən geniş olan dördü tam şəkildə tərəfimizdən təhlil edilib. DOST mərkəzləri şəbəkəsinin yaranması çox önəmlidir. Sosial sahədə xidmətlər aylıq olaraq 2 milyon 800 min insanı əhatə edir. Ümimilikdə isə bütün ölkə əhalisini əhatə edir. Çünki insan doğuldandan vəfat edənədək müxtəlif mərhələdə sosial xidmətlərlə rastlaşır".

Azvision.az


Teqlər: DOST   Agemtlik  





Xəbər lenti