Hərbi qulluqçular arasında atış birinciliyi keçirilib

Hərbi qulluqçular arasında atış birinciliyi keçirilib
  10 May 2019    Oxunub:2565
Naxçıvan Qarnizonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə hərbi qulluqçular arasında atış birinciliyi keçirilib.
Azvision.az xəbər verir ki, 9 mm-lik PM tapançasından keçirilən atış birinciliyində Naxçıvan Qarnizonu üzrə 24 komandadan 72 hərbi qulluqçu iştirak edib. Qadın hərbi qulluqçuların da mübarizə apardığı birincilikdə komanda hesabında 1-ci və 2-ci yerə motoatıcılar, 3-cü yerə isə xüsusi təyinatlılar layiq görülüb.

Fərdi hesabda 1-ci yerdə polkovnik Tehran Mənsimov, 2-ci yerdə mayor Fərid Süleymanov, 3-cü yerdə isə gizir Elsevər Quliyev qərarlaşıb. Qadınlar arasında ən yaxşı nəticəni gizir Leyla Babayeva göstərib.

Qaliblərə Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən fəxri fərman və diplomlar təqdim edilib.

Azvision.az



Teqlər: Naxçıvan  





Xəbər lenti