Bakıda bir neçə marşurut xətti dəyişdirildi

Bakıda bir neçə marşurut xətti dəyişdirildi
  22 Noyabr 2013    Oxunub:1785
Paytaxtın yol şəbəkəsində bəzi marşrut xətlərində dəyişikliklər edilib.
AzVision.az xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov AzərTAc-a açıqlamasında deyib. O bildirib ki, metronun “Qara Qarayev”, “Neftçilər” və “Nəriman Nərimanov” stansiyaları ətrafındakı tıxacların aradan qaldırılması məqsədilə 102, 131, 163, 166, 15, 42, 80, 54, 70, 11, 43 nömrəli marşrut xətlərində dəyişikliklər aparılıb. 87 və 121 nömrəli marşrutlar isə digər nömrəli marşrut xətləri ilə paralellik təşkil etdiyindən onların istismarı dayandırılıb.

O deyib ki, əgər sərnişinlər əvvəllər 131 nömrəli marşrutla Maştağadan metronun “Nəriman Nərimanov” stansiyasınadək gəlirdisə, indi metronun “Koroğlu” stansiyasına, buradan isə ya 184 nömrəli marşrutla, ya da ki, metro ilə “Nəriman Nərimanov” stansiyasına gələ biləcəklər.

Bu cür tədbirləri həyata keçirməkdə məqsəd manevretmə qabiliyyəti az olan iri və ortatutumlu avtobusların şəhərin mərkəzində yaratdığı tıxacları aradan qaldırmaqdan ibarətdir. Belə tədbirlər sərnişinlərin yollardakı vaxt itkisinin qarşısının alınmasına da səbəb olacağı bildirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti