Arif Məlikov dünyasını dəyişib

   Arif Məlikov dünyasını dəyişib
  09 May 2019    Oxunub:3044
Azərbaycanın Xalq artisti Arif Məlikov dünyasını dəyişib.
Azvision.az -ın məlumatına görə, görkəmli bəstəkar bu gün 86 yaşında vəfat edib.

Qeyd edək ki, Arif Cahangir oğlu Məlikov 13 sentyabr 1933-cü ildə Bakı şəhərində anadan olub. 1960-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını Qara Qarayevin bəstəkarlıq sinfi üzrə bitirib.

Arif Məlikovun əsərləri dünyanın bir çox ölkələrində - Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya, Türkiyə, Braziliya, Avstriya, Norveç, Finlandiya, İtaliya, Misir, Tailand, Yuqoslaviya, Bolqarıstan, Ruminya, Macarıstan, Çexiya, Slovakiya, Polşa, Almaniya, Özbəkistan, Qazaxıstan, Moldova, Ukrayna və Gürcüstanda ifa olunub.

Azvision.az



Teqlər: Arif-Məlikov   Xalq-artisti  





Xəbər lenti