Gürcüstanla parlamentlərarası əlaqələr müzakirə olunub

Gürcüstanla parlamentlərarası əlaqələr müzakirə olunub
  08 May 2019    Oxunub:1444
Milli Məclisdə Gürcüstan-Azərbaycan parlament dostluq qrupunun üzvləri ilə görüş keçirilib.
Azvision.az xəbər verir ki, Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov görüşdə ölkələrimiz arasındakı əlaqələrin tarixindən danışıb. Qeyd olunub ki, ölkələrimiz arasında əlaqələr yüksək səviyyədədir.

Azərbaycanın və Gürcüstanın birgə iştirakı ilə həyata keçirilən layihələr regionun inkişafı ilə yanaşı, Avropanın enerji təhlükəsizliyində də vacib rol oynayır. Sənaye, kənd təsərrüfatı, turizm sahələrində əməkdaşlıq da inkişaf edir. Vurğulanıb ki, parlamentlərarası dostluq qrupları arasında əlaqələr də yüksək səviyyədədir.

Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlament dostluq qrupunun sədri Zviad Dzidziquri ölkələrimiz arasında əlaqələrin inkişafından danışıb. O, ölkələrimizin beynəlxalq təşkilatlarda hər zaman bir-birini dəstəklədiyini bildirib. Vurğulayıb ki, Gürcüstan və Azərbaycan arasında elə bir məsələ yoxdur ki, müzakirə edilib müsbət nəticə əldə olunmasın.

Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva deyib ki, Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. Bu gün Prezident İlham Əliyevin ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsində böyük rolu var. Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azvision.az


Teqlər: Azərbaycan   Gürcüstan  





Xəbər lenti