Ankara-Bakı sərnişin qatarının qiyməti bəlli oldu

 Ankara-Bakı sərnişin qatarının qiyməti bəlli oldu
  08 May 2019    Oxunub:3666
Ankara-Bakı istiqamətində hərəkət edəcək sərnişin qatarı avqust ayında fəaliyyətə başlayacaq.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Dəmir Yolları məlumat yayıb. Məlumatda bildirilib ki, Bakıdan çıxan qatar 40 saata Ankaraya çatacaq.

“Vaqonun çatma dövrü əvvəlcə 38 saat hesablanmışdı. Lakin yük qatarlarında olan hərəkət saatını və gömrük keçidlərini də nəzərə alsaq, qatarın çatma vaxtı 40 saatdan bir qədər çox ola bilər. Vaqonların kateqoriyasından asılı olaraq qiymətlərin 350-800 TL (97-220 AZN) olması planlaşdırılır. İlk vaxtlarda həftədə 1 dəfə qarşılıqlı səfər olacaq. Növbəti il yeni vaqonlar gəldikdən sonra reyslərin sayı həftədə iki dəfəyə yüksələcək”.

Qeyd edək ki, Bakı-Tiblisi-Qars istiqmaətində hərəkət edəcək sərnişin qatarları “Stadler Rail Group” şirkəti tərəfindən istehsal olunub. Mart ayında artıq 10 vaqondan ibarət sərnişin qatarı Bakıya çatıb. Vaqonlar “standart”, “komfort”, “biznes” və “restoran” olmaqla dörd kateqoriyada istehsal edilib. Kateqoriyasından asılı olaraq, vaqonlar 10, 20 və 32 nəfərlikdir.

Aytən Zəhra
Azvision.az



Teqlər: BTQ  





Xəbər lenti