596 saylı marşrutun istiqaməti dəyişdirilib

596 saylı marşrutun istiqaməti dəyişdirilib
  08 May 2019    Oxunub:5535
Xocasən yolunda gedən təmir işləri ilə əlaqədar olaraq 596 saylı marşrut xəttinin (Xırdalan şəhəri-Karvansaray T/M) hərəkət istiqaməti dəyişdirilib.
Avtomobil Nəqliyyatı Xidmətindən Azvision.az -a verilən xəbərə görə, 596 saylı marşrut xətti üzrə avtobuslar Qaradağ rayonunun Lökbatan–Xocasən ərazisində, Sədərək Ticarət Mərkəzinin yaxınlığındakı Meyvəli bazarından alternativ Yeni Yasamal yolu ilə Biləcəri dairəsi üzrə hərəkət edərək yollarına davam edirlər.

"Bir neçə gün davam edəcək təmir işlərinin yekununda həmin istiqamətdə hərəkət edən avtonəqliyyat vasitələrinin hərəkəti üçün daha əlverişli şərait təmin ediləcək" deyə, məlumatda qeyd olunub.

Azvision.az


Teqlər: AAYDA  





Xəbər lenti