Elçin Quliyevin müavini iş otağında öldü

Elçin Quliyevin müavini iş otağında öldü
  22 Noyabr 2013    Oxunub:9377
Bu gün səhər Dövlət Sərhəd Xidməti (DSX) rəisinin müavini, general-mayor Məhəmməd Abbasquliyev iş yerindəcə ölüb.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, DSX-nin rəis müavini bu gün iş yerində qəfildən ürəktutması keçirib və infarkt nəticəsində dünyasını dəyişib.

Onun bundan bir müddət əvvəl ürəyindən əməliyyat olunduğu bildirilir.

Qeyd edək ki, Məhəmməd Abbasquliyev DSX-nin rəis müavini vəzifəsində təyin edilməmişdən əvvəl Naxçıvan Sərhəd Diviziyasının komandiri vəzifəsində xidmət edib.
Allah rəhmət eləsin!


Teqlər:  





Xəbər lenti