Miqrasiya xidmətindən yeni informativ animasiya – VİDEO

   Miqrasiya xidmətindən yeni informativ animasiya –    VİDEO
  07 May 2019    Oxunub:5313
Dövlət Miqrasiya Xidməti ölkəmizə gələn əcnəbiləri məlumatlandırmaq üçün yeni informativ anmasiya çarxı hazırlayıb. Bu video Miqrasiya Xidmətinin elektron resursları, qəbul şöbələri və digər təşviqat məkanlarında yerləşdiriləcək.
İngilis dilində olan videoda əcnəbilərə miqrasiya məsələləri ilə bağlı xidmətləridən düzgün faydalanmağın yolları izah edilir. Ölkəmizə gəlmək istəyənlər üçün viza tələbləri, miqrasiya qanunvericiliyinin əsas istiqamətləri, müraciət imkanları, o cümlədən, Dövlət Miqrasiya Xidmətinin mobil tətbiqi “MİGAZ” barədə məlumatlar rahat anlaşılan şəkildə əks olunub.

Bundan başqa, videoda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər arasında təhlükəsiz, nizamlı və müntəzəm miqrasiyanın təşviqi həyata keçirilir.

Xatırladaq ki, Dövlət Miqrasiya Xidməti Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə Avropa İttifaqı, ABŞ Dövlət Departamenti, BP və onun tərəfdaşlarının maliyyələşdirdiyi “Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi” layihəsinə ötən il yekun vurulub.




Teqlər: Miqrasiya   Dövlət-Miqrasiya-Xidməti  





Xəbər lenti