Azərbaycanın Rusiyadakı səfirliyində yanğın olub? - Açıqlama

  06 May 2019    Oxunub : 1256
 Azərbaycanın Rusiyadakı səfirliyində yanğın olub? - Açıqlama
Rəsmi Bakı Azərbaycanın Rusiyadakı səfirliyinin binasında yanğın olması ilə bağlı bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlara aydınlıq gətirib.
Azvision.az -ın verdiyi xəbərə görə, Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

XİN rəsmisi qeyd edib ki, Azərbaycanın Rusiyadakı səfirliyinin binasında hər hansı yanğın hadisəsi qeydə alınmayıb.

Azvision.az

Teqlər: XİN   Rusiya   Səfirlik   Yanğın