Ağstafa sakini iki nəfəri bıçaqlayıb

Ağstafa sakini iki nəfəri bıçaqlayıb
  06 May 2019    Oxunub:1591
Mayın 4-də gecə saatlarında 39 yaşlı Sumqayıt şəhər sakini Həsən Abbasovun və 24 yaşlı Ağstafa rayon Aşağı Göycəli kənd sakini Ülvi Quliyevin kəsici-deşici alətlə müxtəlif bədən xəsarətləri almaları barədə Ağstafa rayon Polis Şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, Ağstafa şəhər sakini, 27 yaşlı Kamran Şadlinski şübhəli şəxs qismində saxlanılıb. O, araşdırma zamanı törətdiyi əməli etiraf edərək, zərərçəkənlərə aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az



Teqlər: DİN   Ağstafa   Bıçaqlanma  





Xəbər lenti