Məmmədyarov BMT rəsmisilə görüşüb

Məmmədyarov BMT rəsmisilə görüşüb
  03 May 2019    Oxunub:1569
Xarici İşlər naziri Elmar Məmmədyarov V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Anxel Moratinos ilə görüşüb.
Xarici İşlər Nazirliyindən (XİN) Azvision.az -a verilən məlumata görə, M.A.Moratinos Prezident İlham Əliyev tərəfindən qəbul olunduğundan və tədbirin yüksək səviyyədə təşkilindən məmnunluğunu ifadə edib. Ali nümayəndə Azərbaycan ilə Alyans arasında qarşılıqlı faydalı əməkdaşlığın olduğunu diqqətə çatdırıb.

Migel Anxel Moratinos 120 ölkəni özündə birləşdirən təşkilatın terrorizmə qarşı mübarizə və cəmiyyətlərin bu kimi təhdidlərdən qorunması sahəsində fəaliyyətinin gücləndirilməsi niyyəti barədə məlumat verib.

E.Məmmədyarov təşkilat ilə Azərbaycan arasındakı əməkdaşlıq əlaqələrinin cari vəziyyətini yüksək qiymətləndirib və Alyansın müasir dövrün çağırışlarına qarşı mübarizədə fəal rol oynamasının zəruriliyini vurğulayıb. Forum çərçivəsində “BMT sistemində sülh naminə çoxtərəflilik və diplomatiyanın gücləndirilməsi” mövzusunda paneldə çıxışına istinad edən nazir Elmar Məmmədyarov multikulturalizmə müasir dünyamızda böyük ehtiyac duyulduğunu diqqətə çatdırıb. Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıblar.

Azvision.az


Teqlər: XİN   BMT  





Xəbər lenti