İtlərin populyasiyalarının artımı müşahidə olunur

İtlərin populyasiyalarının artımı müşahidə olunur
  03 May 2019    Oxunub:1431
"Ümumilikdə itlərin populyasiyalarının artımı müşahidə olunur".
Azvision.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Asəf Ömərov bu gün mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycanda ev heyvanlarının peyvəndi bu sahədə atılan addımlardan biridir: "Dünyada itlər və yaxud da pişiklərin populyasiyalarını azaltmaq üçün müvafiq tədbirlər görülür. Onlar sterilizasiya olunaraq peyvəndlənir. Bu prosesin nəticəsində həmin heyvanlar nəsil artırma funksiyasını itirir və təbii olaraq ölürlər. Dünya təcrübəsin görə, heyvanların 70-75 faizi peyvənd olunarsa, bu, artıq xəstəliyin baş verməməsinə gətirib çıxarır”.

Şöbə müdirinin sözlərinə görə, quduzluq xəstəliklərinə qarşı tədbirlərdən biri də oral vaksinasiyadır: “Kənd Təsərrüfatı Nazirliyi bunun üzərində çalışır. Oral vaksinasiyanın həm müsbət, həm də mənfi tərəfləri var. Ona görə də bunu əvvəlcədən qiymətləndirmək lazımdır. Müsbət tərəfi odur ki, vəhşi təbiətdə quduzluq xəstəliyi nəzarətdə saxlanılır. Oral vaksinasiya canavarlar üçün effektli deyil, çünki canavarlar qidaları çeynəmədən birbaşa udurlar. Tülkülər isə çeynəyirlər deyə dişləri vasitəsilə vaksinasiya edirlər və bu da hər bir halda xəstəliyin vəhşi təbiətdə qarşınını alır. Hazırda oral vaksinasiya yoxdur, çünki olanda da qış mövsümündə olur. Qış mövsümündə heyvanlar daha ac olur. Oral vaksinasiya helikopterlər vasitəsilə qar yağan vaxtı həyata keçirilir”.

A.Ömərov bildirib ki, əgər Azərbaycan ötən il 250 min vaksin almışdısa, bu il isə 270 min vaksin sifariş verilib.

Azvision.az



Teqlər: İt   Pişik  





Xəbər lenti