Azərbaycan-Türkiyə birgə döyüş təlimlərindən FOTOREPORTAJ

 Azərbaycan-Türkiyə birgə döyüş təlimlərindən   FOTOREPORTAJ
  03 May 2019    Oxunub:3233
Mayın 1-də başlayan "Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimləri başa çatıb.
Azvision.az xəbər verir ki, birgə təlimlərdə iki ölkə ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak ediblər.

Qeyd edək ki, təlimlərin əsas məqsədi qərargahların müştərək planlarının hazırlanması, şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin artırılması və onların birgə əməliyyatları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaq, həmçinin təcrübə mübadiləsi həyata keçirməklə iki ölkənin hərbi qulluqçularının qarşılıqlı münasibətlərinin və qarşılıqlı anlaşmasının yüksək səviyyədə saxlanılmasıdır.

Birgə təlimlərə mindən çox şəxsi heyət, 60-a yaxın döyüş texnikası, 30 artilleriya qurğuları, 20-yə yaxın döyüş helikopterləri və digər döyüş texnikaları cəlb olunub.





































Anar Kəlbiyev
Foto: Şahin Sərdarov

Azvision.az


Teqlər: Təlim   Türkiyə   Ordu   Hərbi  





Xəbər lenti