Azərbaycanın Avropa yolundakı əngəllər – KARİKATURA

  03 May 2019    Oxunub : 2971
 Azərbaycanın Avropa yolundakı əngəllər – KARİKATURA
Nə qədər qəribə də olsa, Azərbaycanın Qərb ilə inteqrasiya yolundakı ən böyük əngəl... başqa vaxt özünü “Qərbpərəst” göstərən müxalifətdir!
Özgə vaxt mitinqlərində Avropa Birliyinin bayrağını qaldıran adamlar indi Azərbaycanın AB ilə imzalayacağı tərəfdaşlıq sazişinə qarşı çıxır, bu vacib sənədi hər yolla pisləyərək, gözdən salmağa çalışırlar. Maraqlıdır: Qərb ilə inteqrasiyanın tərəfdarı olanlar niyə Qərblə yaxınlaşmaya qarşı çıxmalıdırlar ki?

Səbəb əslində sadədir: Çünki Azərbaycanla AB-nin münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi bu adamlara - əli kərimlilərə, arif hacıyevlərə, arif məmmədovlara və digərlərinə sərf etmir. Axı bu sənəd imzalanandan sonra onlar daha “mühacir biznesi” ilə məşğul ola, arayış sata, Avropa qurumlarında Azərbaycanı sağa-sola pisləyə bilməyəcəklər. Bu işlər isə onlar üçün biznesdir. Yəni Azərbaycanla AB arasında imzalanacaq sənədi pisləməklə onlar əslində öz bizneslərini qoruyurlar.

Belələrinə nə demək olar?! Bazar olmasın!

Teqlər: AvropaBirliyi   Tərəfdaşlıq-sazişi   Müxalifət