Mədəniyyət Nazirliyinin səlahiyyətləri artırıldı

   Mədəniyyət Nazirliyinin səlahiyyətləri artırıldı
  02 May 2019    Oxunub:1600
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmanda dəyişiklik edib.
Dəyişikliyə əsasən, “Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”yə 4.2.1-1-ci yarımbənd əlavə edilib.

Əlavəyə görə, Mədəniyyət Nazirliyinə “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna uyğun olaraq qoruqların ərazilərində və mühafizə zonalarında tarix və mədəniyyət abidələri üçün təhlükə yarada biləcək dövlət əhəmiyyətli tikinti və mühəndis-kommunikasiya işləri zamanı abidələrin təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı tədbirlər görülməsi barədə qərar qəbul etmək səlahiyyəti verilib.

Nazirlik, həmçinin abidələrə yaxın olan və ya onların mühafizə zonasından keçən yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti abidələrin qorunmasına təhlükə yaratdıqda, onların hərəkətini məhdudlaşdıra və ya qadağan edə bilər.

Azvision.az



Teqlər: Nazirlik  





Xəbər lenti