“Siz İslamı terrorla necə əlaqələndirə bilərsiniz?!”

“Siz İslamı terrorla necə əlaqələndirə bilərsiniz?!”
  02 May 2019    Oxunub:1875
"Mədəniyyətlər arasında fərqlər olsa da, biz qlobal xəzinədə töhfə verə və inkişafa nail ola bilərik".
Azvision.az xəbər verir ki, bunu Mədəniyyət naziri Əbülfəs Qarayev V Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Dəqiq transformativ fəaliyyət üçün mədəniyyətlərarası dialoqun səfərbər olunması” mövzusunda keçirilən iclasda deyib.

Nazir bildirib ki, dünyada təhlükəsizliyi təmin etmək üçün mədəniyyətləri paylaşmaq lazımdır. "Biz bu sahədə öz təşəbbüslərimizi gələcəkdə də davam etdirəcəyik. Mədəni irsin qorunmasına nail olmaq üçün əməkdaşlığı gücləndirmək vacib amillərdəndir. Əvvəlki illərdən fərqli olaraq başqa ölkələrlə ciddi əməkdaşlıq edirik. Hesab edirik ki, tərəfdaşlıqlarımız güclənməlidir. İlk olaraq müzakirə edilməlidir ki, cəmiyyət və ölkələr arasında dialoqlar hansı formada qurulmalıdır".

İSESKO-nun Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri isə dünyada terrorizmin yayılması, onun dinlərlə əlaqələndirilməsinə toxunub. Bildirib ki, dünyada terrorizm müxtəlif adlarla yayılır, onların əsasında müxtəlif qüvvələr var.

"Terrorizmə tərif verdikdə dini ayrı qoymalıyıq. Son illərdə terrorizm islamla əlaqələndirilir. İslam dininə bələd olan insanlar bilir ki, islam sülh, bərabərlik və insan ləyaqətinin qorunmasına xidmət edən dindir. Siz İslamı terrorizmlə necə əlaqələndirə bilərsiniz?! Terror aktlar digər mədəniyyətlərdə, məkanlarda ola bilər, bu, həmin dinləri ölkəni təmsil etmir".

Baş direktor bu gün siyasətçilərə ümid edilmədiyini qeyd edib: "Bəziləri bizim gündəmə, digərləri öz gündəminə uyğun hərəkət edir. Əfsuslar olsun ki, bu, BMT nizamnaməsinə ziddir. Bir çox ölkədə insanlar öldürülür, şəhərlər dağıdılır. İnsanlar mühacirət etməyə məcbur qalırlar. Miqrasiyanın qarşısını almaqdan danışırlarsa, həmin ölkələrin inkişafına, iqtisadiyyatına kömək edilməlidir. Dünyanın aparıcı dövlətlərinin problemləri həll etməyə gücü var".

İSESKO-nun Baş direktorü əlavə edib ki, bu gün KİV-lər tərəfinən müxtəlif streotiplər yaranır və onlar nifrəti təbliğ edirlər. Biz bunların qarşısını almağa çalışmalıyıq.

"Liviyada insanlar tələf olur, öldürülür. Sülhü və sabitliyi pozmaq istəyən qüvvələr var. Biz sülh içərisində yaşamaq istəyiriksə, bu hadisələrin qarşısını vaxtında almalıyıq".

Aytən Zəhra
Azvision.az


Teqlər: Nazir   Forum  





Xəbər lenti