Amerikalı diplomatlar “ASAN xidmət”də - FOTOLAR

   Amerikalı diplomatlar “ASAN xidmət”də -    FOTOLAR
  01 May 2019    Oxunub:3531
1 may 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kentin rəhbərlik etdiyi nümayəndə heyəti və Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Həsən Naqvi ilə görüşüb.
Agentlikdən Azvision.az -a verilən məlumata görə, ABŞ nümayəndə heyəti ilə keçirilən görüşdə ABŞ-ın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqer də iştirak edib. “ASAN xidmət” mərkəzi ilə tanış olan qonaqlara mərkəzlərin yaradılması məqsədləri, fəaliyyət istiqamətləri, innovasiyaların tətbiqi barədə məlumat verilib.



Qonaqlar, həmçinin ASAN könüllüləri, ASAN radio, “ASAN Təlim-Tədris Mərkəzi” və “ABAD” publik hüquqi şəxsin fəaliyyəti ilə də tanış olublar.Dünya Bankının nümayəndəsi ilə keçirilən görüşdə isə Dövlət Agentliyi ilə Dünya Bankı arasında mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib.



Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar “ASAN xidmət”ə gələcək fəaliyyətində uğurlar arzulayıblar.









Azvision.az


Teqlər: ASAN-xidmət  





Xəbər lenti