Bu yaz 863 mindən çox ağac əkilib

Bu yaz 863 mindən çox ağac əkilib
  30 Aprel 2019    Oxunub:1777
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) "Bu yaz özün bir təbiət yarat" devizi altında keçirdiyi yaz ağacəkmə kampaniyası başa çatıb.
ETSN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların artırılması, ağac əkilməsinin təşviqi məqsədilə keçirilən yaz ağacəkmə kampaniyası çərçivəsində Nazirliyin əməkdaşlarının, rayon icra hakimiyyətlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə meşə və qeyri meşə fondu ərazilərində ümumilikdə 863 000-dən çox iqlimə və relyef şəraitinə uyğun müxtəlif cinsli ağac əkilib.

Ayrı-ayrı vətəndaşlara, icra hakimiyyətlərinə, məktəblərə, bağçalara və digər təşkilatlara 305 000-dən çox müxtəlif cinsli ağac tingi paylanılıb. Əkilən və paylanılan ağac tingləri ETSN-in Azəryaşlandşaft ASC və Meşələrin İnkişafı Departamentinin tinglik sahələrində yetişdirilib.

Qeyd edək ki, yaz ağacəkmə kampaniyası başlandığı ilk gündən ictimaiyyət tərəfindən geniş maraqla qarşılanıb və dövlət qurumları, özəl şirkətlər, vətəndaş cəmiyyəti nümayəndələri onun gedişatında xüsusi fəallıq nümayiş etdiriblər.

Azvision.az


Teqlər: ETSN   Ağac  





Xəbər lenti