Lukaşenkonun Bakı səfərinin pərdəarxası

Lukaşenkonun Bakı səfərinin pərdəarxası
  21 Noyabr 2013    Oxunub:1294
`Belarus prezidentini Azərbaycana Putin göndərib`

Belarus prezidenti Aleksandr Lukaşenko ötən gün Azərbaycana rəsmi səfərə gəlib. Prezidentin Bakı səfəri müxtəlif müzakirələrə yol açıb. Bir çox analitiklər hesab edirlər ki, Lukaşenkonun İlham Əliyevin Ukranya səfərindən sonra Bakıya gəlişi Gömrük İttifaqı və bu istiqamətdə yarımçıq qalan məsələlərin müzakirəsi ilə bağlıdır. Hətta onun bu səfərində Rusiya prezidenti Vladimir Putinin də rolunun olduğu istisna edilmir.

Siyasi ekspert Qabil Hüseynli də Lukaşenkonun Azərbaycana gəlməsinin əsas ideya müəllifinin Putin olduğunu hesab edir. Politoloq AzVision.az-a açıqlamasında Lukaşenkonun səfəri ilə bağlı bir çox qaranlıq məqamlara toxunub.

“Lukaşenko Minskdə keçirilən MDB ölkələri sammitinin qarşıya qoyduğu vəzifələrin icrası ilə əlaqdar olaraq Azərbaycana gəlib. Belə ehtimal etmək olar ki, bu səfər Rusiyanın tapşırığı ilə həyata keçirilir”.

Politoloqun fikrincə, Lukaşenkonun Bakı səfərinin pərdəarxasında Gömrük ittifaqına üzvülük məsələsi və Rusiyanın marağı dayanır:

“Azərbaycan Ermənistanla problemlərini həll etmədən Görmük İttifaqına üzv ola bilməz. Bu, adi bir ritorika idi. Bunu Nursultan Nazarbayev də demişdi. Əlsində isə bunlar Rusiyanın mövqeyini əks etdirən ritorika idi. Zənnimcə əsas səylər ona yönəlib ki, Azərbaycanın da Görmük İttifaqına və Avrasiya İttifaqıma üzv olması ilə bağlı əlavə danışıqlar aparılsın, Azərbaycanın razılığı alınmağa çalışılsın. Rusiya yaxşı bilir ki, İlham Əliyevlə Lukaşenko arasında səmimi dostluq münasibətləri var. Və o, bu münasibətlərdən istifadə edərək Azərbaycan prezidentinə müəyyən təsirlər, xahişlər edə bilər. Belə ki, bir dəfə onun xahişi ilə Azərbaycan Belarusiyaya 200 milyon dollar borc vermişdi ki, Rusiya ilə qaz borcu problemini həll etsin”.

Ekspert əlavə edib ki, görüşdə bu səfərin əsas müzakirə mövzularından biri də Qarabağ problemidir:

“Əlbəttə ki, görüşdə iki ölkə arasındakı münasibətlər də müzakirə olunacaq. Amma əsa məsələ Gömrük İttifaqı, Avrasiya ittifaqı və Dağlıq Qarabağ probleminin həlli istiqamətində verilən təkliflər olacaq”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti