Zakir Həsənov Rusiyada Qəbələ RLS-dən danışdı

Zakir Həsənov Rusiyada Qəbələ RLS-dən danışdı
  21 Noyabr 2013    Oxunub:1105
Rusiyanın Qəbələ radiolokasiya stansiyasını (RLS) Azərbaycana təhvil verməsi ilə bağlı bütün cari məsələlər praktiki olaraq həll edilib.
Bunu Azərbaycanın müdafiə naziri Zakir Həsənov Moskvada MDB dövlətlərinin Müdafiə Nazirləri Şurasının 65-ci iclası çərçivəsində rusiyalı həmkarı Sergey Şoyqu ilə keçirdiyi ikitərəfli görüşdə deyib.

Z.Həsənov bildirib: "Qəbələ RLS-in praktiki olaraq təhvil verilməsindən xəbərdaram. Məndə olan məlumata görə, orada problem yoxdur. Bütün cari məsələlər həll edilir və ya demək olar ki, həll edilib".

Nazir əminliyini bildirib ki, iki ölkənin Müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlığın digər məsələləri də bu gün həll ediləcək: "İki ölkə arasında tarixən qurulmuş əlaqələr davam və inkişaf edir".

S.Şoyqu isə azərbaycanlı həmkarını müdafiə naziri təyin edilməsi münasibətilə təbrik edərək milli hərbi qüvvələrin möhkəmləndirilməsində və iki ölkə arasında hərbi əməkdaşlığın inkişafında uğurlar arzulayıb: "Bu, istənilən dövlətdə, xüsusən də Azərbaycan kimi ölkədə məsuliyyətli vəzifədir".

Qeyd edək ki, görüşün yekunu olaraq Azərbaycan və Rusiyanın müdafiə nazirlikləri arasında 2014-cü il üçün ikitərəfli əməkdaşlıq planı imzalanıb.(trend)


Teqlər:  





Xəbər lenti