Türkiyə vətəndaşı "Qırmızı Körpü"də saxlanıldı - FOTO

Türkiyə vətəndaşı "Qırmızı Körpü"də saxlanıldı -    FOTO
  27 Aprel 2019    Oxunub:2880
Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda "Mercedes Travego" markalı nəqliyyat vasitəsi saxlanılıb və avtomobili idarə edən Türkiyə Respublikasının vətəndaşı şifahi sorğu-sual edilib.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin olmadığını bildirib.

Lakin yoxlama zamanı avtomobilin yük yerindəki pilləkənin altında, gizli saxlanc yerində 3 ədəd metal qəlib, ümumulikdə 25 adda 21 qutu və 59 ədəd avtomobil ehtiyat hissəsi, 3,4 kq metal oxlar, 14 kq inşaat materialı və 5 kq tibbi ləvazimat aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.





Azvision.az



Teqlər: DGK   Gömrük  





Xəbər lenti