Hər gün minlərlə fermer elektron sistemə qoşulur

Hər gün minlərlə fermer elektron sistemə qoşulur
  26 Aprel 2019    Oxunub:2137
“Ölkəmizdə elektron kənd təsərrüfatı informasiya sistemi qurulub. Hər gün 10 minlərlə fermer qeydiyyatdan keçir. Hədəf odur ki, ilin sonuna kimi bütün fermerlər elektron kənd təsərrüfatı informasiya sistemində olsun”
Azvision.az xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında yeni hazırlanan “Aqrar sığorta haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir müavini bildirib ki, bizim fermerlərin internetə, sosial şəbəkələrə əlçatanlığı o qədər də çox deyil.
“Bunu qəbul etməliyik. Hazırda müasir dünyanın gedişatı, bir çox başqa amillər tələb edir ki, elektron alətləri bu sahədə də istifadə edək”.

Azvision.az



Teqlər:





Xəbər lenti