Bakıda itkin düşən 35 yaşlı qadın tapıldı

Bakıda itkin düşən 35 yaşlı qadın tapıldı
  26 Aprel 2019    Oxunub:1578
Paytaxtda itkin düşən qadın tapılıb.
Azvision.az Trend-ə istinadən xəbər verir ki, hadisə aprelin 22-də Sabunçu rayonu ərazisində baş verib. 1984-cü il təvəllüdlü Xasıyeva Günel Abbasəli qızı aprelin 22-də Sabunçu rayonu ərazisində itkin düşüb.

Ailə üzvlərinin müraciətindən sonra polis araşdırmalara başlayıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində G.Xasıyeva tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam edir.

Azvision.az



Teqlər: İtkin  





Xəbər lenti