Yevlaxda əl qumbarası və partladıcı tapılıb - FOTOLAR

Yevlaxda əl qumbarası və partladıcı tapılıb -    FOTOLAR
  26 Aprel 2019    Oxunub:2167
Aprelin 25-də saat 12:46-da Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən və saat 14:44-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Yevlax rayonunun Qaraoğlan kəndində bir ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.
ANAMA-dan Azvision.az -a bildirilib ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun və Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və rayon polis şöbəsinin əməkdaşları qeyd olunmuş ərazidə məişət tullantıları sahəsinə baxış keçiriblər. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd F-1 əl qumbarası və bir ədəd UZRQM partladıcısı aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Qumbaranın və partladıcının ətrafında 200 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.









Azvision.az



Teqlər: ANAMA   Qumbara   Yevlax  





Xəbər lenti