Ədliyyə orqanlarına işə qəbul üzrə imtahan keçiriləcək

  25 Aprel 2019    Oxunub : 1383
Ədliyyə orqanlarına işə qəbul üzrə imtahan keçiriləcək
Ədliyyə Nazirliyi Dövlət İmtahan Mərkəzi ilə birlikdə mayın 11-də ədliyyə orqanlarına işə qəbul üzrə test imtahanı keçiriləcək.
Ədliyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, imtahan Azərbaycan Texniki Universitetinin idman sarayında (Bakı şəhəri, A.Sultanova küçəsi 13 ünvanında) baş tutacaq.

Buraxılış rejiminin və yerləşdirilmənin təmin olunması üçün namizədlər imtahanın başlanmasına azı 1 saat qalmış gəlməli, buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda namizəd imtahana buraxılmır.

Qaydalara əsasən, test imtahanının yekununa görə 55 və daha artıq bal toplamış namizədlərin zəruri sənədlərini təqdim etməsi və onların yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş bütün tələblərə cavab verən şəxslər ikinci mərhələyə – söhbətə buraxılacaqlar.

Azvision.az

Teqlər: Ədliyyə-Nazirliyi   İmtahan