“Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik” – Çin lideri

   “Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik” –    Çin lideri
  24 Aprel 2019    Oxunub:1683
“Çin Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini dəstəkləyir”.
AzVision.az xəbər verir ki, bunu Çin Xalq Respublikasının Sədri Si Cinpi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə deyib.

Çin Xalq Respublikasının Sədri Si Cinpin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurlu daxili və xarici siyasətinin həyata keçirildiyini, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artdığını, Azərbaycanda sabitliyin təmin olunduğunu, xalqımızın rifah halının yüksəldiyini, iqtisadi sahədə inkişafa nail olunduğunu bildirib.

Çin lideri “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Trans-Xəzər nəqliyyat dəhlizinin əhəmiyyətini vurğulayıb.

AzVision.az


Teqlər: Çin   İlham-Əliyev   Si-Cinpi  





Xəbər lenti