Sabaha olan hava proqnozu açıqlanıb

  24 Aprel 2019    Oxunub : 713
Sabaha olan hava proqnozu açıqlanıb
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az -a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz 14-19, Bakıda gecə 7-9, gündüz 16-18 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında gün ərzində havanın əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti təşkil edəcək.

Azvision.az

Teqlər: Hava   ETSN