Türkiyənin Bakıdakı səfirindən ermənilərə çağırış

 Türkiyənin Bakıdakı səfirindən ermənilərə çağırış
  24 Aprel 2019    Oxunub:2757
"Qondarma "erməni soyqırımı" məsələsinin araşdırılması üçün Ermənistanla ortaq komissiya yaradılması təklifimiz hələ də qüvvədədir"

Azvision.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ”Uydurma erməni soyqırımı: Həqiqətlər və reallıqlar” adlı dəyirmi masadakı çıxışı zamanı deyib. Səfir bildirib ki, artıq həqiqətlərin yerini tutmasının zamanı gəlib çatıb:
"Türk millətinin tarixində utanılacaq bir hadisə olmayıb. Bunu bütün dünya bilir. Bizə qarşı edilən haqsızlıq tarixə edilən haqsızlıqdır".

E.Özoral qeyd edib ki, Azərbaycan və Türkiyə tarixçiləri birgə işləyərək erməni yalanlarını üzə çıxarırlar: "Qafqaz islam ordusunun Azərbaycana gəlməsi təsadüfi deyildi. Onlar ermənilərin azərbaycanlılara qarşı törətdiyi qətliamların qarşısını almaq üçün gəlmişdilər. Bunun hesabını ödəməyən insanlar isə Ermənistanda qəhrəman elan edilir. Bəs ermənilər Azərbaycanılara qarşı etdikləri soyqırımları necə izah edəcəklər?"

Səfir, həmçinin vurğulayıb ki, bir sıra ölkələrin parlamentlərində qəbul olunan "soyqırım" qərarları haqsızlıq, ədalətsizlikdir: "Parlamentlərin bu məsələdə qərar verməsi doğru deyil. Biz arxivlərimizi açırıq. Daşnak partiyasının arxivləri isə hələ də bağlıdır. Bu barədə kimsə bilmir. Bunu etmək lazımdır ki, həqiqət üzə çıxsın. Erməniləri haqq yoluna dönməyə və yalandan uzaq durmağa çağırıram. Bildiyimiz kimi, 34 türk diplomat ASALA tərəfindən şəhid edilib. Qarabağda, Xocalıda qətliam törədənlər cəzalarımı almalıdır ki, ədalət öz yerinu tutsun".

Elvin Abdulqədirov
Azvision.az




Teqlər: Türkiyə   Səfir  





Xəbər lenti