“Mygov” gələn ay istifadəyə veriləcək

  24 Aprel 2019    Oxunub : 982
 “Mygov” gələn ay istifadəyə veriləcək
Gələn ay Azərbaycanda yeni elektron hökumət portalı (mygov.az) işə salınacaq.

Azvision.az -ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov bildirib.
Mərkəzin direktoru qeyd edib ki, “mygov.az” saytında “ASAN Pay” xidmətlərindən yararlanmaq mümkün olacaq. Onun sözlərinə görə, hazırda xidmətlərin sayta qoşulması üzrə işlər başa çatdırılır.

“Mygov” platforması ilə bağlı BURADAN ətraflı məlumat ala bilərsiniz.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Fariz-Cəfərov   Mygov