Sem Smiti Bakıda əvəzləyəcək müğənninin adı açıqlandı

  24 Aprel 2019    Oxunub : 1638
 Sem Smiti Bakıda əvəzləyəcək müğənninin adı açıqlandı
“Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisində Sem Smiti əvəzləyəcək müğənninin adı məlum olub.
Bu barədə Azvision.az -a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib. Sem Smiti britaniyalı müğənnini Jessi J əvəzləyəcək.

Smitin aprelin 27-də Bakıda SOCAR Azərbaycan Qran-prisi çərçivəsində nəzərdə tutulan konserti ləğv olunub. Britaniyalı müğənni ötən həftə Cənubi Afrika Turunu yarımçıq qoymasının ardından, həkimlərin tövsiyəsi ilə çıxışlarına fasilə verməli olub.

Qeyd edək ki, “Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisi 26 - 28 apreldə keçiriləcək.

Azvision.az

Teqlər: Sem-Smit   JessiJ