Valideynlərə çağırış: Uşaqları vaxtında peyvənd etdirin!

  24 Aprel 2019    Oxunub : 628
 Valideynlərə çağırış: Uşaqları vaxtında peyvənd etdirin!
"Azərbaycana gətirilən peyvəndlər Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verir və onların əksəriyyəti Avropa ölkələrindən gətirilir"
Azvision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib. Onun sözlərinə görə, Azərbaycana peyvəndlər UNICEF-in xətti ilə gətirilir və onların çoxu 1 dozalı olur.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə ofisinin rəhbəri Hande Harmançı isə bildirib ki, peyvəndlər dünyada milyonlarla uşağın həyatını qoruyur. "Hazırda dünyada 18 xəstəlik peyvəndlərlə qoruna bilir. Bunlar sarı qızdırma, göy öskürək, qızılca, epidemik parotit, difteriya, pnevmakok və s-dir. Azərbaycanda peyvəndlər soyuq zəncir prinsipinə uyğun olaraq, çox düzgün qaydada saxlanılır. Həm də Azərbaycandakı vaksinlər ÜST-ün yüksək keyfiyyətli peyvəndləri siyahısındadır. Peyvəndlərlə bağlı hər kəsin üzərinə iş düşür. Valideynlər uşaqlarını vaxtında peyvənd etdirməli, səhiyyə işçiləri daha çox sayda insanların peyvənd edilməsi üçün iş aparmalıdır".

Aytən Zəhra
Azvision.az

Teqlər: Peyvənd