Tokayev prezidentliyə namizəd oldu

  23 Aprel 2019    Oxunub : 1067
Tokayev prezidentliyə namizəd oldu
Qazaxıstanda prezident səlahiyyətlərini icra edən Kasım-Jomart Tokayev növbədənkənar seçkilərdə iştirak edəcək. O, artıq namizədliyinin qeydə alınması üçün sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib.
Azvision.az xəbər verir ki, Tokayev MSK–da dövlət dilində bilik imtahanlarından uğurla keçib.

Qeyd edək ki, qaydalara əsasən, namizədlər qazax dilində düzgün oxumalı, yazmalı, sərbəst danışmalı, çətinlik çəkmədən düşüncələrini ifadə etməyi bacarmalıdırlar.

Azvision.az

Teqlər: Tokayev   Qazaxıstan