Azərbaycanda 110 mindən çox insan peyvənd olunub

  23 Aprel 2019    Oxunub : 574
 Azərbaycanda 110 mindən çox insan peyvənd olunub
Bu günə olan məlumata əsasən, respublika ərazisində 110 mindən çox şəxs qızılca və məxmərəyə qarşı peyvənd olunub.
Bu barədə Azvision.az -a açıqlamasında Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva bildirib.

Onun sözlərinə görə, təmizləyici immunlaşdırma tədbirləri çərçivəsində 140 minə yaxın şəxsin peyvənd olunması gözlənilir: “İmmunlaşdırma tədbirləri ayın sonuna qədər davam etdiriləcək. Hələ də poliklinikalarda qızılca, məxmərəyə qarşı kifayət qədər vaksin var. Hər bir şəxs müraciət edib peyvənd oluna bilər”.

Aytən Zəhra
Azvision.az

Teqlər: Səhiyyə-Nazirliyi   Peyvənd