Türkiyəli hərbçilər Bakını gəzdi

  23 Aprel 2019    Oxunub : 885
Türkiyəli hərbçilər Bakını gəzdi
“Mustafa Kamal Atatürk – 2019” Azərbaycan-Türkiyə birgə taktiki təlimində iştirak etmək üçün ölkəmizə gələn Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti üçün aprelin 23-də mədəni proqram təşkil olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, türkiyəli hərbçilər proqram çərçivəsində Bakı şəhərinin görməli yerlərində olub, tarixi abidələri ziyarət ediblər.

Paytaxtımızın gözəlliyi, müasir tikililər və quruculuq işləri qonaqlarda xoş təəssüratlar oyadıb.

Azvision.az

Teqlər: MN   Türkiyə