İTV-nin Yayım Şurasına yeni üzvlər seçildi

  23 Aprel 2019    Oxunub : 1142
 İTV-nin Yayım Şurasına yeni üzvlər seçildi
Milli Məclisin bu gün keçirilən plenar iclasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurası üzvlərinin seçilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.
Azvision.az xəbər verir ki, İTV-nin Yayım Şurasına idman federasiyalarından Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Yusif Babanlı və Azərbaycan Qalaqapı Federasiyasının (Qo) vitse-prezidenti Orxan Muxtarov, dini konfessiyalardan QafqazMüsəlmanları İdarəsi (QMİ) sədrinin birinci müavini Salman Musayev, yaradıcılıq təşkilatları tərəfindən Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) katibi Zemfira Qafarova və İttifaqının baş məsləhətçisi Cəmilə Həsənovanın namizədliyi irəli sürülüb.

Səsvermə nəticəsində İTV-nin Yayım Şurasına idman federasiyalarından Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Yusif Babanlı, dini konfessiyalardan Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin birinci müavini Salman Musayev və yaradıcılıq təşkilatları tərəfindən Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) katibi Zemfira Qafarova seçiliblər.

Qeyd edək ki, bu şəxslər 6 il müddətinə seçilib.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Milli-Məclis   İTV