"Real" onu icarəyə verə bilər

"Real" onu icarəyə verə bilər
  22 Aprel 2019    Oxunub:1443
Madird "Real"ı futbolçusu Qaret Beyli icarəyə verə bilər.
AzVision.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

Xəbərə görə, “Kral klubu” bu mövsüm azarkeşlərin tənqidlərinə məruz qalan 29 yaşlı hücumçunu yayda icarəyə verməyə hazırlaşır. 2017-ci ildə Xames Rodriqesi "Bavariya"ya icarəyə göndərdikdən sonra satan Madrid təmsilçisi uelsli oyunçu üçün buna bənzər plan hazırlayır.

Qeyd edək ki, Beyllə "Mançester Yunayted" və "Tottenhem"in maraqlandığı iddia olunur.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Futbol   Beyl   Real  





Xəbər lenti