Avtobus biletlərinin online satışı başladı

  20 Noyabr 2013    Oxunub : 14775
Avtobus biletlərinin online satışı başladı
Bakı Beynəlxalq Avtovağzalı biletlərin onlayn satışına başlayıb.
"AzeriCard" prosessinq mərkəzi Bakı Beynəlxalq Avtovağzalını onlayn ödənişlər sisteminə qoşub. Bunu "AzeriCard"ın Biznesin inkişafı departamentinin rəhbəri Cahangir Məmmədov deyib.

Onun sözlərinə görə, yeni sistem sərnişinlərə biletləri VISA, VISA Electron, MasterCard və Maestro elektron bank kartlarından istifadə etməklə korporativ internet resursu (bbak.az) vasitəsilə onlayn rejimdə əldə etməyə imkan verəcək.

Plastik kartların təhlükəsizliyinə "3DSecure" təhlükəsiz texnologiyalar sistemi tərəfindən zəmanət verilir.

Teqlər: