Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şura toplanıb

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şura toplanıb
  20 Aprel 2019    Oxunub:1906
Azərbaycan Respublikasının Prezidenti Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzində Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçirilib.
Agentliyin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, toplantıda Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, həmçinin İctimai Şuranın nümayəndələri iştirak ediblər.

Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin ilkin təqdimatı olub, onun imkanları və görülmüş işlər barədə ətraflı məlumat verilib.

Sonra geniş fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, saytın təkmilləşdirilməsi ilə əlaqədar təkliflər bildirilib.

Azvision.az



Teqlər: İctimai-Şura  





Xəbər lenti