Sabiq prezidentin evindən milyonlarla avro tapıldı

   Sabiq prezidentin evindən milyonlarla avro tapıldı
  20 Aprel 2019    Oxunub:3386
Sudanın sabiq prezidenti Ömər əl-Bəşirin son illər yaşadığı evdə milyonlarla avro və yerli valyutada bir neçə milyard pul aşkar edilib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, hərbi prokurorluğun müstəntiqləri tərəfindən tapılan 6 milyon avro, 351 min dollar, həmçinin 5 milyard Sudan funtu (təxminən 105 milyon dollar) Sudanın Mərkəzi Bankına təhvil verilib.

Eks-prezidentin evində aşkarlanan külli miqdarda pul vəsaiti ilə bağlı korrupsiya üzrə iki cinayət işi açılıb.

Qeyd edək ki, aprelin 11-də Sudanda dövlət çevrilişi olub. Prezident Ömər əl-Bəşir, ölkənin sabiq müdafiə naziri Əbdurrəhim Hüseyn, hakim Milli Konqres Partiyasının sədri Əhməd Harun, əl-Bəşirin sabiq müavini Əli Osman Tah, həmçinin Prezident Qvardiyasının üzvləri həbs olunublar.

Azvision.az



Teqlər: Sudan   Avro   Dollar   Pul  





Xəbər lenti