Gürcüstanda yüksək vəzifəli məmur istefa verdi

  19 Aprel 2019    Oxunub : 1889
 Gürcüstanda yüksək vəzifəli məmur istefa verdi
Gürcüstanın Prezident Administrasiyasının rəhbəri Laşa Jvaniya istefa verib.
Azvision.az xəbər verir ki, o, bu barədə "Facebook" səhifəsində yazıb.

Laşa Jvaniya istefası ilə bağlı Gürcüstan prezidentinə müraciət edib və mayın 1-də vəzifəsini tərk edəcək.

Qeyd edək ki, ötən gün isə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kobulia vəzifəsindən azad olunub.

Azvision.az

Teqlər: Gürcüstan   Məmur   İstefa